Qəzzada Ramazan atəşkəsi razılaşdırılıb, ancaq...

  • 01.03.2024
  • 108 baxış

Qəzzada atəşkəs ehtimalları güclənir. Son bir sutkada həm ABŞ prezidenti Cozef Bayden. Həm də İsrail və Həmas rəsmiləri atəşkəs danışıqlarında müsbət irəliləyişin olduğunu bəyan edib. 

“Aləm əl-Ərəbi” nəşrinin Həmas rəsmilərinə istinadən verdiyi xəbərə görə, hazırda üzərində razılaşma əldə edilməyən məsələ Qəzzanın şimal ərazilərindən qovulmuş əhalinin yenidən evlərinə geri dönməsi mövzusudur. 

Eyni zamanda Həmasın müvəqqəti atəşkəs mərhələsi bitdikdən dərhal sonra əhatəli və yekun atəşkəs razılaşmasının imzalanmasını tələb edir. 

Həmasın bu tələbi müəyyən mənada ABŞ və Misirin, eləcə də Qətərin sülh müzakirələri təşəbbüsü ilə üst-üstə düşür, lakin İsrail bunda tərəddüd edir, çünki Netanyahu hökuməti Qəzzanın gələcək taleyini İsrailin müəyyən etməsini, Həmasın Qəzzanın idarəçiliyindən uzaqlaşdırılaraq zolağın silahsızlaşdırılmasını istəyir. 

Lakin fakt odur ki, atəşkəsin birinci mərhələsində bütün tərəflər həmfikirdir. Həmas müharibənin dayanması. əsir dəyişikliyi və Qəzzanın nəfəs alması üçün atəşkəsı razıdır. İsrail isə artan beynəlxalq təzyiqlərin qarşısında atəşkəsə getməklə yaranmış gərgin atmosferi yumşaltmağa çalışır. Xüsusən də qarşıdan gələn müsəlmanların müqəddəs Ramazan ayında müharibənin davam etməsi ciddi beynəlxalq etirazlar doğuracağı labüddür. Bu mənada Netanyahu hökuməti həm daxildəki narazılığı yumşaltmaq, əsir yaxınlarını sakitləşdirmək üçün. Həm də beynəlxalq təzyiqi yumşaltmaq üçün atəşkəsə razıdır. 

Lakin Ramazandan sonra müharibənin davam edib etməyəcəyi sualı açıq qalır. Çünki İsrailin 5 aylıq müharibədən sonra Qəzzanı tərk edib çıxacağı inandırıcı deyil.

Digər tərəfdən, bu gün yardım maşınlarının v urulması hadisəsi, eləcə də radikal sağçı israillilərin Qəzza sərhədinə hücumu onu göstərir ki, İsrail hakimiyyəti daxilində ciddi fikir ayrılığı var. Radikal sağçı cinah Netanyahunu müharibəni davam etdirməsi üçün təzyiq edir. Lakin ordu komandanlığı, eləcə də hökumətdəki mülayim qanad mühairbənin dayandırılmasında maraqlıdır. Yeri gəlmişkən, bu gün radikal sağçı təhlükəsizlik naziri Ben Gvirin əl-Əqsa məscidi bölgəsinə nəzarətdən uzaqlaşdırılması barədə xəbər onu göstərir ki, hökumtə daxilində radikal qanadla mülayimlər arasında kəskin qarşıdurma var. Xatırladaq ki, bir neçə gün əvvəl müdafiə naziri də ad çəkmədən Ben Gviri hədəfə alaraq nazirin Ramazan ayında müsəlmanların əl-Əqsa məscidinə buraxılmaması barədə çağırışıının məsuliyyətsiz hərəkət adlandırmışdı. Belə görünür ki, qarşıdakı dövr həm də İsraildə siyasi qüvvələr arasında gərginliklə müşayiət olunacaq. Bu qarşıdurmanın nəticəsi həm də Qəzza müharibənin gələcək taleyini müəyyən edəcək. 

Digər xəbərlər