Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu qərarı

  • 22.11.2024
  • 4 baxış

Beynəlxalq Cinayət Məhkəməsi (İCC) İsrailin baş naziri Benyamin Netanyahu, keçmiş müdafiə naziri Yoav Qallant və Həmasın hərbi qanadının lideri Məhəmməd Diab İbrahim əl-Masrinin (Deyf) həbsinə order verib.

Qərarda qeyd olunur ki, Netanyahu və Qallant Qazada mülki əhalini həyati vacib resurslardan – ərzaq, su, dərman və tibbi avadanlıqlar, eləcə də yanacaq və elektrik enerjisindən məhrum edib. Deyf isə 2023-cü il 7 oktyabr hücumunda və müharibə cinayətlərində ittiham olunur. Yeri gəlmişkən, Deyfin hazırda sağ və ya ölü olduğu məlum deyil.

Netanyahu və Qlant barədə həbs qərarı gözlənilməz sayıla bilər. Çünki may ayında BCM ittihamçısı Kərim Xan İsrail və Həmas liderlərinin (daha sonra Haniyə və Sinvar öldüyü üçün ittihamnamədən adları çıxarıldı) həbsi barədə BCM-də iddia qaldıranda Qərb ölkələri və İsrail sərt etiraz etmiş, BMC-ni tənqid etmişdilər.

Əlbəttə, İsrail dövlətinin Qallant və ya Netanyahunu Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilməsi ehtimalı azdır. Lakin belə bir qərar İsrailə qarşı beynəlxalq səviyyədə təzyiqləri artırır. Üstəlik, baş nazir kimi Netanyahunun fəaliyyət imkanlarını məhdudlaşdırır. Digər tərəfdən, İsraildə və ABŞ-da Netanyahunun baş nazir postundan getməsi ehtimalını artırır.

Belə görünür ki, BCM-nin son günlər Yaxın Şərq münaqişəsi ətrafında baş verənlərlə əlaqəlidir. Başqa sözlə, bu qərar Benyamin Netnayahunu istefaya göndərmək üçün əlavə dəstək funksiyası görəcək.

 

 

Digər xəbərlər