Qəzzada sülh prosesi dalana dirənib

  • 13.05.2026
  • 3 baxış

İsrailin Qəzzada Həmas danışıqlar heyətinin sədri Xəlil Həyyanın oğlu Əzzam əl-Həyya da daxil olmaqla 6 nəfəri öldürməsi sülh danışıqları prosesinin irəliləməsinin qarşısını alır. 

Bu sui-qəsd bir tərəfdən İsrailin atəşkəsə əməl etmədiyini, bombardmanların faktiki olaraq davam etdiyini, digər tərəfdən isə Həmas üzvlərinin və ailələrinin təhlükə altında olduğunu göstərir. 

Qəzza sülh danışıqları isə faktiki olaraq dalana dirənib. Trampın qurduğu Sülh Şurası fəaliyyətə başlaya bilmir. 

Digər tərəfdən, İsrail atəşkəsə əməl etmir, 10 oktyabrda təşkəsin qüvvəyə mindiyi gündən bu yana İsrailin hava zərbələri nəticəsində Qəzzada uşaq və qadınlar da daxil olmaqla 846 nəfər öldürülüb.

Üstəlik İsrail hələ də atəşkəsdəki öhdəliklərinə əməl edib qoşunları geri çəkmir, Qəzzanın Misirlə sərhədini açmır və Həmasın silahı təhvil verməsini tələb edir. 

Həmas isə ikinci mərhələyə keçid üçün 1-ci mərhələnin tammalanmasını tələb edir. 

Trampın başı isə İran, körfəz və Livana qarışıb.

Digər xəbərlər