Ərəb mediasının yazdığına görə, Vaşinqton 12 ildir bölünmüş vəziyyətdə olan Liviyanı iki nüfuzlu ailə vasitəsilə birləşdirməyə çalışır.
Birləşmiş Liviyada qərb regionu Dbeybə ailəsi, şərq regionunu isə Həftər ailəsi təmsil etməklə hakimiyyəti bölüşdürəcək. Liviya Milli Ordusu komandanı general Xəlifət Həftərin 35 yaşlı oğlu Səddam Həftə Liviyanın prezidenti, Dbeybə ailəsinin üzvü İbrahim isə baş nazir olacaq. Yeri gəlmişkən, Liviyanın qərbindəki hökumətin baş naziri Əbdülhəmid Dbeybədir.
Bu plan işləsə, ölkənin şərqi və qərbindəki əsas hərbi-siyasi güc birləşəcək, Liviya yenidən vahid dövlət olacaq.
Liviya zəngin neft ölkəsidir, vətəndaş müharibəsinə qədər gündəlik 2,5 milyon barel neft ixrac edirdi. Vaşinqton Liviya nefti ilə bazar sabitləşdirməyə çalışır.
