Bağdadda "İnkişaf Yolu" memerandumu imzalandı

  • 23.04.2024
  • 112 baxış
Ərdoğanın bugünkü İraq səfəri zamanı Bağdadda İraq, Türkiyə, Qətər və BƏƏ arasında "İnkişaf Yolu" anlaşma memorandumu imzalanıb.
Yeni başqa sözlə, İnkişaf Yolu layihəsi 4 ölkə tərəfindən həyata keçiriləcək. Bir qədər əvvəl bu barədə yazmışdım, bu layihə körfəz ölkələrini Türkiyə, Suriya və Avropa ilə birləşdirən ən yaxın dəhliz hesab olunur.
1200 kilometr uzunluğunda olan dəmir və asfalt yolu yüklərin Bəsrə Faw limanından qəbul edib quru yolla Aralıq dənizi sahilinə çixaracaq.
2029-cu ilə qədər təhvil verilməsi gözlənilən layihə qarşısında ən ciddi təhlükə PKK idi, çünki İraq-Türkiyə və İraq-Suriya sərhədində PKK yerləşir. Buna görə də bu səfər zamanı həm də PKK-ya qarşı birgə mübarizə razilaşdırilacaq.
Hazırda yolun bir qismi, eləcə də Faw limanı hazırdır.

Digər xəbərlər