Əfqanıstan və Pakistanı qarşı-qarşıya gətirən kimdir?

  • 14.10.2025
  • 11 baxış

Ötən həftə müharibə xəbərləri Mərkəzi Asiyadan gəldi. Pakistan və Əfqanıstan sərhədində baş verən döyüşlərdə hər iki tərəfdən onlarla hərbçi və dinc sakin öldürüldü, yaşayış məntəqələri bombalandı. 

Hər iki tərəf ilk hücumun qarşı tərəfdən olduğu. Əlbəttə, müharibələrdə bu görünən haldır. Ancaq aydındır ki, aviasiya bombardmanları və sərhəd döyüşlərində çoxlu sayda ölü və yaralı olması olduğu faktdır. 

Pakistan hökuməti Əfqanıstanın hücum etdiyini və hər hansı səbəbinin olmadığı, həmçinin Əfqanıstan hakimiyyətinin (Talibanın) öz ərazisində Pakistana qarşı fəaliyyət göstərən terrorçuları saxladığını bəyan edib. 

Taliban isə Pakistan tərəfinin iddialarını rədd edir. Əfqanıstan xarici işlər naziri Hindistanın paytaxtı Dehlidə keçirdiyi mətbuat konfransında “Pakistan xalqı və dövləti ilə heç bir problemlərinin olmadığını, ancaq Pakistanda “bəzi qrupların(!?) iki ölkə münasibətlərini pozmağa çalışdığını” bildirib.

Qeyd edək ki, Pakistan “Pakistan Talibanı” adlandırılan TTP-nin Əfqanıstan ərazisində fəaliyyət göstərməsinə görə Əfqanıstan hakimiyyətini ittiham edir. Əfqan Talibanı isə bu iddianı rədd edir. 

Maraqlıdır ki, sərhəd gərginliyi Əfqanıstan xarici işlər naziri Əmir Xan Muttəkinin Hindistana ilk rəsmi səfəri ilə eyni günlərə təsadüf edib. Hindistan Əfqanıstandakı səfirliyini yenidən açmağa hazırlaşır. 

Qeyd edək ki, Əfqanıstan və Pakistan Taliban hərəkatı ötən əsrin 80-ci illərində -nin Əfqanıstana hərbi müdaxiləsi zamanı Pakistanda yaradılıb. Uzun illər Talibana əsas dəstəyi Pakistan xüsusi xidmət orqanları verib. Ancaq eyni zamanda 2021-ci ildə Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra iki ölkə arasında müəyyən sərhəd gərginlikləri baş verib. 

Son gərginliyin isə səbəbləri sırasında iki mühüm hadisə var. 

1. ABŞ prezidenti Donald Tramp iki həftə əvvəl bildirdi ki, ABŞ Baqram hərbi hava-bazasını yenidən almaq istəyir. Ancaq Taliban hökuməti dərhal açıqlama yayaraq bazanı amerikalılara verməyəcəyini bildirdi. 

2. İkinci mühüm hadisə isə Əfqanıstan və Hindistan arasında yaxınlaşmadır. Əfqanıstan Talibanı son illərdə Çinlə sürətlə yaxınlaşır. 

Son eskalasiyada bu iki hadisənin rolunun olmasına ekspertlər daha çox vurğu edir. Bəzi ekspertlərə görə, Vaşinqton Pakistan ordusu vasitəsilə Talibana təzyiq edir. İkinci bir versiya isə Talibanın Hindistanla yaxınlaşması və Pakistanla münasibətlərinin soyumasının son sərhəd gərginliyində ciddi rol oynadığı ilə bağlıdır.

Digər xəbərlər