Bu gün Livanda 50 mindən artıq türkmən yaşayır və öz ana dillərində danışırlar. Həmçinin Türkiyə və Azərbaycanı öz vətənləri hesab edir, sevgi ilə yanaşırlar. “Xalq Cəbhəsi” Türkiyənin Anadolu Agentliyinə istinadən xəbər verir ki, Osmanlı Sultanı Yavuz Sultan Səlimin dövründən Livanda yaşadıqlarını dilə gətirən türkmənlər, üstündən 5 əsr keçməsinə baxmayaraq öz aralarında türkcə danışmağa və adət-ənənələrini yaşatmağa davam edirlər.
Məlumdur ki, türklərin Livanda mövcudluğu qədim dövrlərə gedib çıxır. Əksəriyyəti ölkənin şimalındakı Akkar və Trablus şəhərləri ətrafındakı kəndlərdə və Beka vadisindəki qəsəbələrdə yaşayan türkmənlərin bir qismi buraya Osmanlı Sultanı Yavuz Sultan Səlimin Misir səfəri zamanı gəldiklərini deyirlər. Digərləri isə hesab edirlər ki, onların burada mövcudluğu daha əvvələ gedib çıxır.
Onların sayı yaşadıqları bölgələrin ərəb əhalisi ilə müqayisədə az olsa da, ərəblərin yaşadığı yaşayış məntəqələri ilə əhatə olunsalar da, Livan türkmənlərinin əksəriyyəti hələ də türkcə danışır.
Türk adı daşıyan bölgələr
Onlar yaşadıqları bölgələri də türkcə adlandırırlar.
Hətta bölgələrdəki torpaqlara “meşəlik”, “qarpız yeri”, “üzüm bağı”, “başqa üz”, “hacı baba”, “güney” kimi türk adları veriblər.
Livanda yaşayan türkmən ailələrinin əksəriyyətinin adları “Karanuhlu”, “Karaalili”, “Doğanlar”, “Ekinler”, “Karahametli”, “Qadın”, “Göceli”, “Özdəmir” kimi türk sözlərindən formalaşıb.
Beka vadisinin Şeyxmiyyə kəndində Anadolu Agentliyinə (AA) danışan 28 yaşlı Şakir Bazan kəndlərinin tamamilə türkmən olduğunu və Qaraqoyunlu tayfasına mənsub olduqlarını bildirib.
Suriya ilə Livan arasında köçəri kimi yaşadıqlarını və keçmişdə köç etdiklərini ifadə edən Bazan, "Biz burada düşərgədə yaşayırıq. Buradan bir neçə min insan yaşayır. İşimiz yaxşıdır. Amma ehtiyaclarımız çoxdur. Ümidlərimiz isə böyükdür. Türkiyə dövlətinə, ağsaqqalımıza salamlar olsun. Çox sağ olun”,-deyə bildirib
Livanın şimalındakı Akkar vilayətində, Suriya ilə sərhəddə yerləşən Kalaşra türkmən kəndində yaşayan Halid Esad türk dilini ana dili olaraq ailəsindən öyrəndiyini bildirib. Əsəd 5 mindən çox əhalisi olan Kavaşra əhalisinin hamısının türkmən olduğunu bildirib.
“1516-cı ildə Yavuz Sultan Səlimlə bura gəldik”
Əcdadlarının əsrlər əvvəl bu bölgədə məskunlaşdığını qeyd edən 63 yaşlı Əsəd deyib: “1516-cı ildə Yavuz Sultan Səlimlə bura gəldik. O, bizi burada Suriya, Livan və Fələstin sahillərindəki dəyərli və əhəmiyyətli strateji yerlərə yerləşdirdi. Bu gün danışdığımız türkcə əcdadımızdan, anamızdan, atamızdan öyrəndiyimiz türkcədir". Yəni ərəblər bura gələndə türkcə danışardılar. Çünki babalarımız ərəb dilini bilmirdilər.Bunun öz gözlərimlə şahidi olmuşam.
Övladlarının türkcəni unutmaması üçün Türkiyədən müəllim tələb etdiklərini bildirən Əsəd 2008-ci ildən Yunus Əmrə İnstitutu Beyrut Türk Mədəniyyət Mərkəzinin onlara müəllim göndərməyə başladığını bildirib. Əsəd Aydamon, Huvara, Dinniye, Tripoli, Beyrut, Beka kimi türkmənlərin olduğu hər yerə türk müəllimlərin gəldiyini qeyd edib.
Qonşu ərəblərdən adət-ənənələrinin fərqli olduğunu bildirən Əsəd, “Bayramlarda babalarımızın, atalarımızın yanına gedirdik, əvvəlcə bayram namazı qılardıq, birlikdə muxtarın evinə gedir, bayramlaşır, sonra da toplu halda evləritək-tək ziyarəd edər, bayramlaşardıq. Bu çox vacibdir, insanlar həmişə bir-birlərini salamlayırlar. Bu, çox gözəl hadisədir. İslam ideyasının əsasını təşkil edir”,- deyə vurğulayıb.
“Türkiyə səfirliyi ilə ilk dəfə 1987-ci ildə əlaqə saxladım”
Suriyanın Hums şəhərində çoxlu türkmənin olduğunu və Livanın Beka bölgəsindəki türkmənlərin də oradan gəldiyini ifadə edən Əsəd, "onlar təxminən 300 il əvvəl gəliblər. Keçmişdə sərhəd yox idi. Osmanlılar insanlar arasında sərhəd qoymayıblar. Heç kim məzhəb fərqini-filan bilmirdi. Məsələn, biz yazda Kamo dağına yaylağa gedirdik ”, deyə bildirib.
Hərbi sahədə mina mütəxəssisi kimi çalışdığı müddətdə müxtəlif ölkələrin səfirliklərini heyətlər halında ziyarət etdiklərini bildirən Əsəd, ilk olaraq Beyrutdakı türk rəsmiləri ilə bu şəkildə əlaqə saxladığını bildirib.
“Türklərlə qarşılaşma xəyalı qururdum”
Livan türkmənləri sözlərini belə davam etdirib: “Həyatım boyu həmişə türklərlə qarşılaşma xəyalı qururdum, bu mənim arzum idi. Bir gün burada türkləri necə görəcəyəm? Prezidentlərimiz, baş nazirlərimiz, türk xalqımız təyyarədən necə düşəcək, mən onları qucaqlayacağam? Kiçik olanda, yerdə oynayanda bu haqda düşünürdüm. Allah mənə bunu da qismət edti. Allaha şükür. İlk dəfə 1987-ci ildə Türkiyə səfirliyi ilə əlaqə saxladım. Mənə çox təzyiq etdilər ki,Türkiyə ilə əlaqəmi kəsim. Mənə “qırmızı xətti keçdin”, deyərək təzyiq etdilər.
Ruzimin Allahla olduğunu dedim və Türkiyəni seçdim. “Siz Livanın deeyil, suriyalılara görə yox, ancaq Suriya rejimi üçün mənə bu təzyiqi edirsiz. İstəyirsinizsə, məni ordudan qovun”,-deyə bildirdim.
“Keçmişdə bütün adətlərimiz türkmən adəti idi”
Digər tərəfdən, Xəlil Əsədin əmisinin oğlu Cibril Əsəd, “Keçmişdə bütün adətlərimiz türkmən adətləri idi, amma son zamanlar ərəbləşdirməyə başladıq”,- deyə vurğuladı.
Cibril keçmişdən bu günə yaşadıqlarını belə izah etdi: “Atam bizə “babalarımız türkməndir, adətimiz də türkməndir” deyirdi. Toyumuz, ölümümüz, ziyafətimiz həmişə türkmən adətləri ilə olub. Əslində rəqsimiz türkmən “dabkesi” (halay) olub. Bizim yaşlı qadınlar bu türk halayını bilirdilər. Ərəblərdən qız almaz və qız verməzdik. Türkmənlər yalnız öz soydaşlarından evlənərdilər.
Uşaqlarımıza məktəbdə türkməncə danışmağı yasaqlayaraq dilimizi bizə unutdurmağa başladılar. Amma hələ də öz aramızda türkcə danışırıq”.
Ərəblərlə də yaxşı münasibətlərinin olduğunu vurğulayan Cibril, “Biz bir dindənik, ərəblərlə qardaşıq. Aramızda heç bir problem yoxdur”,-deyə əlavə edib.
Cibril Diriliş Ərtuğrul serialının türkmənlərin mənşəyini hər kəsə tanıtdığını, adətlərinin serialda göstərilənlərlə tamamilə eyni olduğunu bildirib. Livan türkmənləri teleseriala baxan ərəblərin onlara “Siz əsil, köklü millətsiniz, keçmişiniz, tarixiniz, ata-babalarınız var”, dediyini bildirib.
Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində Türkiyə təqaüdü ilə təhsil alan Gülay Əsəd Türkiyə ilə Livan arasında hər zaman yaxşı münasibətlər arzuladıqlarını və bunun üçün çalışacaqlarını dilə gətirib.
Rəsmi statistika olmasa da, Livan türkmənlərinin sayının 50 mindən çox olduğu təxmin edilir.