Həmasın İsrailə hücumu – Fələstin münaqişəsi yeni mərhələdə

  • 09.10.2023
  • 116 baxış

Qəzzaya nəzarət edən Fələstinin Həmas təşkilatı oktyabrın 7-də səhər saatlarında İsrailə hücum əməliyyatı təşkil edib. Həmasın hərbi qanadı olan İzzədin əl-Qəssam briqadası tərəfindən “Əqsa tufanı” adı verilən əməliyyat İsrail ərəzisinin əsasən Qəzza zolağına yaxın şəhərləri, o cümlədən Təl-Əviv şəhərinin raket atəşinə tutulması ilə başlayıb. Həmas hərbi qanadının rəhbəri Məhəmməd əd-Dayf bildirib ki, İsrailə 5 min raket atılıb. Ardınca isə Həmas silahlıları quru və dənizdən İsrail ərazisinə daxil olub.

“Artıq bəsdir deməyə qərar verdik” deyən əd-Dayf İsrailin son illərdə yüzlərlə mülki fələstinlini öldürdüyünü və bu əməliyyatın qisas məqsədi daşıdığını bildirib.

Bir günə olan məlumata əsasən Həmasın hücumları nəticəsində 300 İsrail vətəndaşı öldürülüb, 1000-dən çox yaralı var. Eyni zamanda 50-dək İsrail vətəndaşı, hərbçi əsir alınıb. Onların arasında bir generalın da olduğu bildirilir.  

İsrail ordusu cavab olaraq “Dəmir Qılınclar” əməliyyatını başladıb. İsrail ordusu və polis qüvvələri israil ərazisinə sızmış Həmas silahlılarıan qarşı əməliyyatlar keçirib. Eyni zamanda aviasiya Qəzza zolağını bombalayıb. Bu zərbəlrə nəticəsində Qəzzada 232 nəfərin öldüyü, 1700 nəfər yaxın insanın yaralandığı məlum olub.

İsraildə səfərbərlik elan edilib, baş nazir Netanyahu baş verənləri əməliyyat deyil, müharibə olduğunu və qalib gələcəklərini deyib.

Qeyd etmək lazımdır ki, Fələstindəki bütün hərbi-siyasi qruplar, o cümlədən İsraillə barışığa isti yanaşan islahatçı qanada yaxın Məhəmməd Dahlan və muxtariyyatın lideri Mahmud Abbas Həmasın hücumuna dəstək verib. M.Abbas bildirib ki, onun xalqının İsrail ordusu və məskunlaşan yəhudilərin hücumuan qarşı özünü müdafiə haqqı var. Hələlik yalnız İrandan Həmasa dəstək gəlib. Dini liderin hərbi müşaviri Yəhya Rəhim Səfəvi hücumu dəstəkləyən açıqlama verib. Türkiyədən də Həmasa dəstək gəlib. İslamçı partiyalar – Səadət, Yenidən Refah partiyalarının sədrləri, o cümlədən. Keçmiş baş nazir Əhməd Davudoğlu baş verənlərə görə İsraili qınayan açıqlama yayıblar.

Qeyd edək ki, Son iki ildə İsrailin Fələstin yaşayış məskənlərinə hücumları zamanı 600 fələstinli ölüb, gərginlik isə yüksək olub. Ancaq hücum o qədər də gözlənilməz olmayıb. Çünki bundan əvvəl Həmas bir neçə dəfə genişmiqyaslı hücum əməliyyatının məşqlərini keçşirib. Hətta Qərb mediası Həmasın hücumu barədə yazılar yazıb.

Ancaq belə görünür ki, İsrail kəşfiyyatı Həmasın hücumundan xəbər tuta bilməyib. Artıq bununla bağlı geniş miqyaslı istintaq başlayıb. Güman ki, kəşfiyyatdan bəzi şəxslər cəzalanacaq. Çünki söhbət artıq 50 ildir davam edən İsrailin qüdrətli ordu və kəşfiyyata malik olması imici zədələndi. “Əqsa tufanı” əməliyyatı 50 il əvvəl baş vermiş “Yom Kippur” müharibəsinin ildönümündə baş verməsi maraqlı faktdır. Belə görünür ki, bu hadisə əvəvlcədən planlaşnmış qisas əməliyyatı olub.

Eyni zamanda bu hadisə Həmasın ilk dəfə genişmiqyaslı əməliyyat keçirməklə İsrail ərazisinə hücumu hadisəsi kimi yadda qaldı. Bu həm də o deməkdi rki. Həmas artıq təkbaşına İsrailə hücum edəcək silah və hərbi gücə malikdir.

İsrailin Həmasa qarşı amansız cavab verəcəyi gözləniləndir. Çünki Təl-Əviv rəhbərliyi başa düşür ki, hücumun nəticələri İsrailin hərbi qüdrətini ciddi şəkildə sual altına qoyur və bu da Fələstin silahlı qruplarını cəsarətləndirəcək. Bu isə o deməkdir ki, yaxın dövrdə regionda hərbi-siyasi gərginlik yüksək olacaq. Baş verənlər göstərir ki, münaqişənin köklü həlli olmadıqca regionda gərginlik davam edəcək.

 

Digər xəbərlər