İsrail niyə Livana hücum etmir?

  • 02.01.2024
  • 145 baxış

İsrail ordusunun Livan ərazisinə quru əməliyyatı planı hazırdır. Yerli medianın açıqladığı məlumata əsasən baş qərargah rəisi Herzi Halevi və müdafiə naziri Yoav Qalant Livana genişmiqyaslı quru əməliyyatının planını təsdiqləyib.
Ancaq İsrail bundan əvvəl də dəfələrlə Hizbullahın raket zərbələrinə cavab olaraq Livan ərazisinə hücum etməklə hədələyib. Hətta baş nazir Benyamin Netanyahu Hizbullahla müharibəyə girib “Beyrutu Qəzzaya çevirməklə” hədələsə də, İsrail hələlik Livan ərazisində. əsasən də sərhəd bölgələrini bombalamaqla kifayətlənir.
Lakin İsrail ordu rəsmiləri etiraf edir ki, Hizbuillahın raket zərbələri nəticəsində İsrailin şimalında bir çox yaşayış məntəqələri böyük miqyasda dağılıb və yaşayış üçün yarasız vəziyyətə düşüb. Və bu bombardmanlar davam edir. Məsələ ondadır ki, Həmasla müqayisədə Hizbullah daha çox müasir silahlara, xüsusən də orta mənzilli böyük dağıdıcı gücə malik raketlərə sahibdir. Hizbullah İsrail mövqelərini dağıdıcı gücə malik Burkan raketləri və idarə olunan raket qurğuları ilə vurur ki, bunlar həm yüksək dağıdıcı gücə. Həm də hədəfi dəqiq nişan almaq imkanlarına sahibdir.
Əlbəttə, İsrail üçün Livana hücum alternativ ssenarilərdən biridir. Çünki Livana hərbi müdaxilə İsrailə müharibəni genişləndirmək, diqqəti Qəzzadan yayındırmaq və ABŞ-ı münaqişəyə cəlb etmək, həmçinin əzəli düşməni Hizbullahı məhv etmək üçün fürsətdir. 
Lakin eyni zamanda bu hücum risklər daşıyır. Hizbullah Həmasdan daha böyük hərbi gücə və dağıdıcı silahlara malikdir. Üstəlik Hizbullah son 10 ildə Suriyada döyüş təcrübəsi qazanıb, yeni silahlar əldə edib. İsrailin Livana hücumu onu iki cəbhədə ağır döyüşə vadar edə bilər ki, bu da ciddi risk daşıyır, üstəlik müttəfiqlərinin Livan müharibəsində İsrailə nə qədər dəstək verəcəyi də görünür ki, dəqiq deyil. Bu səbəbdən də İsrail hakimiyyəti müharibəyə risk etmir. Lakin Livan müharibəsi İsrail üçün hələ də əsas alternativlərdən biri olaraq qalır.

Digər xəbərlər