"Şin Bet" direktorunun Türkiyəyə səfərinin arxa planı

  • 20.11.2024
  • 16 baxış

İsrail Təhlükəsizlik Agentliyinin (Şin Bet) direktoru Ronen Bar ötən şənbə günü Türkiyəyə gizli səfər edərək Milli Kəşfiyyat Təşkilatı (MİT) direktoru İbrahim Kalınla görüşüb. İsrail mediasının iddiasına görə, görüşdə Qəzzada əsirlərin dəyişikliyi və atəşkəs imkanları müzakirə olunub. 

Maraqlıdır ki, dünən Həmas liderlərinin Qətərdən Türkiyəyə gələcəyi barədə xəbərlər yayılıb. Görünür ki, Ankara Həmas liderlərini də dəvət edib məsələhətləşəcək. Lakin İsrailin kəşfiyyat orqanı rəhbərinin Qəzza müharibəsinin başlamasından 14 ay sonra Türkiyəyə üz tutması regionda dəyişiklik olacağına işarədir. 

İsrailin hazırkı hökuməti, xüsusən də baş nazir Netanyahunun Türkiyə hökuməti ilə münasibətləri soyuq olub.  Vaxtaşırı olaraq hər iki tərəf bir-birini sərt ifadələrlə tənqid edir. Yalnız son 3-4 ildə münasibətlərdə yumşalma olsa da, 2023-cü il 7 oktyabrdan sonra münasibətlər pozuldu.

Belə ki, Qəzzada sonuncu müharibə başlayanda münasibətlərdə müəyyən yumşalma olmasına baxmayaraq İsrail hökuməti Türkiyənin vasitəçilik təkliflərini rədd elədi. Ardınca yenidən qarşılıqlı sırt ittiham və tənqidlər başladı. Türkiyə qatı anti-İsrail mövqeyə keçdi və İranla yaxınlaşdı. 

Ancaq görünür ki, situasiya dəyişib və İsrail kəşfiyyatının direktoru Türkiyəyə gələrək atəşkəs və əsir dəyişikliyi imkanlarını müzakirə edir. Bəs bu qəfil “U” dönüşünün səbəbi nə ola bilər? 

1. Donald Trampın prezident seçilməsi Türkiyə hakimiyyətinin mövqeyini gücləndirəcək, görünür ki, Trampın bu məsələdə ötən həftə Vaşinqtona səfər etmiş İsrailin strateji inkişaf naziri Ron Dermer noyabrın 10-da Donald Trampla görüşüb.

2. İsrail hakimiyyəti prinsip olaraq atəşkəsə razılıq verib, ona görə də bu prosesdə Türkiyəni də yanına çəkmək və post-Netanyahu dövründə Ərdoğanla münasibətləri qaydaya salmaq istəyir. Yeri gəlmişkən, Şin Bet sədri Netanyahu ilə o qədər də isti münasibətlərə malik deyil. 

3. İsrail Fələstin və Livanda müharibəni dayandırıb Suriyaya hücum etmək və İranın əsas regional müttəfiqi olan Əsədi aradan qaldırmaq və İranı Suriyadan çıxarmaq üçün yeni müharibəyə hazırlaşır. Müharibə öncəsi isə siyasi gediş edərək Suriyanın şimal qonşusu və Suriyada böyük hərbi qüvvəsi olan Türkiyə ilə barışmaq, başqa sözlə Qəzza müharibəsində yaxınlaşan İran və Türkiyəni Suriya əməliyyatı öncəsi ayırmaq, İranı regionda təkləmək. 

Üfüqdə yeni müharibə görünür.

Digər xəbərlər