Vaşinqton İsrailə hərbi yardımı dayandırdı

  • 08.05.2024
  • 73 baxış

Həmasın İsrailə hücum etdiyi 7 oktyabrdan bu yana ilk dəfə ABŞ ötən həftə İsrailə hərbi yardımı dayandırıb. Amerikalı rəsmilər bildirib ki, hərbi yardımın dayandırılması İsrailin Rəfah əməliyyatına mane olmaq məqsədi güdür. 

Bu barədə ABŞ-da fəaliyyət göstərən “Axios” saytı İsrail rəsmilərinə istinadən xəbər yayıb. Saytın yazdığına görə, Vaşinqtonun hərbi yardımı dayandırması İsrail hakimiyyətində ciddi narahatlığa səbəb olub. 

O da bildirilir ki, ötən həftə İsrailə səfər edən ABŞ dövlət katibi Entoni Blinken baş nazir Netanyahu arasında baş tutan görüş sərt atmosferdə keçib. Netanyahu Rəfah şəhərinə hücumu dayandırmaqla bağlı Blinkeinin tələblərini qəbul etməyib. Çünki bu görüşdən dərhal sonra Rəfah əməliyyatının olacağını bəyan etdi. 

Həmçinin Demokrat Partiyasından olan 88 konqresmen prezident Baydenə müraciət edərək Qəzzada mülki əhaliyə yardımın çatdırılmasına mane olduğu ilə bağlı əhəmiyyətli dəlillər olduğunu qeyd edərək İsrailə yardımı gözdən keçirmək çağırışı edib. 

Aydın məsələdir ki, İsrailin ötən 7 ay ərzində Qəzza və Livanı bombalamasında ABŞ hərbi yardımlarının böyük rolu olub. Çünki İsrailin on minlərlə ton sursatı yoxdur. Bu mənada Vaşinqtonun addımı Türkiyənin ticarət əlaqələrini dayandırmasından sonra İsrailə ikinci ciddi zərbədir. 

O da sirr deyil ki, seçkilər öncəsi Baydenin İsrailə hərbi yardımı dayandırması ciddi risk hesab olunur. Lakin belə görünür ki, İsrail hakimiyyətinin inadkarlığı və ABŞ-da baş verənlər Baydeni sərt addım atmağa sövq edib. 

Məsələ orasındadır ki, hazırda ABŞ-da tələb etirazların polisin güc tətbiq etməsinə rəğmən sürətlə genişlənir, 140-dan çox universitetdə etiraz aksiyaları keçirilir. ABŞ Konqresinin antisemitizm haqqında qanuna dəyişiklik edərək antisemitizmin tərifini genişləndirmək və tələbə etirazlarını bu qanunla qadağan etməyə çalışır. Amma bu cəhdin özü demokratların necə deyərlər “öz topuğuna güllə atmasıdır”, çünki tələbə etirazları dinc keçir və bir çoxuna yəhudilər də dəstək verir, ikincisi, aksiyaların zorla yatırılması hərəkət və ifadə azadlığının pozulmasıdır. Başqa sözlə, indi Vaşinqton ictimai etirazlar qarşısında çətin vəziyyətdə qalıb. 

Əlbəttə, Vaşinqton uzun müddət İsrailə yardımı dayandırmaq fikrində deyil, güman ki, yaxın günlərdə yardım bərpa olunacaq. Bayden administrasiyası bu addımla həm daxili auditoriyanı sakitləşdirmək, həm də Netanyahu hakimiyyətinə təsir etməyə çalışır. 

Lakin görünür ki, buna o qədər də nail ola bilmir.

Digər xəbərlər