İsrail Qəzzada müharibəni dayandırmaq niyyətində deyil

  • 27.02.2024
  • 146 baxış

Parisdə ABŞ, Misir, Qətər və İsrail təmsilçiləri arasında keçirilən atəşkəs müzakirələrində “müsbət irəliləyişlər” olub. Hər halda ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Cek Sallivan deyib ki, tərəflər “ana xətlərdə” razılaşıblar. 

İsrail mediasının yazdığına görə, Parisdə əldə olunan razılaşma İsrail hökumətinə təqdim olunub, bu həftə isə İsraildən bir heyət Qətərə gedəcək, müzakiərləri davam etdirmək üçün. Mediaya sızan məlumatlara əsasən Həmas və İsrail arasında hazırlanan atəşksə sənədi bir həftə davam edəcək atəşkəs və bu zaman İsrailin həbsxanadakı fələstinli məhkumları buraxması, Həmasın isə əlindəki girovları azad etməsini nəzərdə tutur. 

Hələlik Həmasın bu plana reaksiyası məlum deyil, güman ki, bu həftə Qətər və Misir bununla bağlı Həmasla danışqılar aparacaq.

Lakin problem təkcə bu deyil, məlum olur ki, İsrail də atəşkəs razılaşmasına ciddi yanaşmır. Məsələn, İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, Qəzzanın cənbunundakı Rəfah şəhərinə əməliyyatı müzakirə etmək üçün bu həftə kabineti toplayacaq. 

Eləcə də müharibə kabinetinin üzvü Benni Qantz deyib ki, martın 10-na, yəni Ramazan ayının başlamasına qədər Həmas girovları azad etməyəcəyi təqdirdə Rəfaha əməliyyat başlayacaq. İsrailin milli təhlükəsizlik müşaviri Tzaçi Haneqbi isə deyib ki, atəşkəs razılaşması müharibənin bitməsi demək deyil.

Hazırda davam edən atəşkəs danışıqları və verilən açıqlamaları analiz etdikdə belə qənat formalaşır ki, ABŞ, Misir və Qətərin üzərində çalışdığı atəşksə razılaşması hətta qəbul olunsa belə, bu, mühairbənin bitməsi mənasına gəlməyəcək, İsrailin hazırkı hökuməti müharibənin Qəzzada Həmasın tamamailə yox edilməsi və zolağın İsrailin nəzarətinə keçməsinə qədər davam etməsində qərarlıdır. Hazırda aparılan danışıqlar və ya beynəlxalq təzyiq mexanizmləri İsriali müharibəni dayandırmağa vadar etməyə kifayət etmir. Bu səbəbdən də hətta qısamüddətli atəşkəs olsa da, bu, müharibənin bitməsi ilə nəticələnməyəcək, əksinə, İsrail həm Qəzzanın cənubunda, həm də Livanda hərbi əməliyyatlara hazırlaşır.

Digər xəbərlər