Qırmızı dəniz böhranı böyüyür

  • 16.02.2024
  • 72 baxış

ABŞ və Böyük Britaniya ordusu yanvar ayından bu yana Yəməndəki husi mövqelərinə 403 dəfə zərbələr endirib. Eyni zamanda husilər isə noyabrdan bu yana ABŞ, Böyük Britaniya və İsrailə məxsus 34 gəmini vurublar. Toqquşmalar isə hər gün daha da intensivləşir. 

Bir neçə gün əvvəl Yəmən (husi) hökumət təmsilçisi artıq Qırmızı dənizdən İsrailə heç bir gəminin keçə bilmədiyini elan etdi. Bununla da faktiki olaraq husilər Qırmızı dənizdə nəzarəti ələ keçirmiş sayılır, baxmayaraq ki, Qərb ölkələri ardıcıl olaraq onlara məxsus hərbi obyektləri bombalayır. 

Belə görünür ki, Qırmızı dənizdə vəziyyətin əvvəlki məcrasına geri dönməsi üçün ortada iki variant qalır. 

1. Qəzzada müharibənin bitməsi. Husilər elan edib ki, Qırmızı dənizdəki aksiyanın səbəbi İsrailin Qəzzada apardığı qeyri-bərabər müharibə, dinc insanların ölümüdür. Yəni əgər müharibə dayanarsa, o zaman husilərin gəmi keçidlərinə imkan verməsi də mümkündür.

2. ABŞ və Britaniyanın liderlik etdiyi Qərb koalisiyası husilərə qarşı müharibəyə başlayıb Qırmızı dənizdə nəzarəti ələ keçirməsi. Ancaq Vaşinqtondan verilən açıqlamalardan belə aydın olur ki. ABŞ-ın Yəmənə geni miqyaslı hərbi əməliyyat keçirmək planları yoxdur. Çünki bu həddən artıq riskli və nəticəsiz bir əməliyyat ola bilər. Dağlarda gizlənən husi partizanlarına qarşı quru əməliyyatı Əfqanıstan və İraqdan sonra 3-cü müharibə “bataqlığı” ola bilər. 

Məsələnin daha dramatik tərəfi odur ki, husilər daha əvvəl sadəcə İsrailə gedən yük gəmilərini hədəfə alacaqlarını elan etdiyi halda Qərbin nəhəng dəniz nəqliyyatı şirkətləri dərhal Qırmızı dəniz üzərindən səfərləri dayandırdılar. Halbuki hədəf rəsmi olaraq yalnız İsrailə gedən gəmilər göstərilmişdi. Belə görünür ki, Qərb şirkətləri Qırmızı dəniz marşrutunu boykot etməklə husilərə qarşı geniş bir təzyiq cəbhəsi formalaşdırmağı düşünürdülər, ancaq əksi oldu. Səbəb olaraq Fələstin məsələsi göstərildiyi üçün müsəlman-ərəb ölkələri husilərə qarşı cəbhədə yer almadı. Hətta 2015-ci ildən husilərə qarşı müharibə aparan Səudiyyə Ərəbistanı belə ABŞ-ın yaratdığı anti-husi koalisiyasında yer almadı. İndi isə Qərb ölkələri özləri yaratdıqları dalan düşüblər. Husilər isə gözlənildiyindən daha hədəf oldular.

Digər xəbərlər