Yaxın Şərqdə növbəti gərginlik ocağı Yəməndən sonra İraq olacaq?

  • 29.12.2023
  • 79 baxış

İraqda vəziyyət getdikcə nəzarətdən çıxır. Bir neçə gün əvvəl silahlı qrupların Ərbil şəhəri yaxınlığında yerləşən Hərir hərbi bazasını bombalamasına cavab olaraq ABŞ ordusu Bağdadın cənubunda “Həşdi-Şabi” ordusuna məxsus bir neçə binanı vurub. Nəticədə 1 nəfər ölüb, 24 nəfər isə yaralanıb. 
Bu hadisə İraqda ciddi etirazlara. ABŞ əleyhinə aksiyalara səbəb olub. Hətta İraq müdafiə nazirliyi hadisəni pisləyən bəyanat yayıb. 
Qeyd edək ki, Həmasın İsrailə hücumundan sonra Qəzzada başlayan müharibə dövründə İraq və Suriyada silahlı qruplar bu günə qədər ABŞ-a məxsus hərbi bazalara 106 dəfə hücum təşkil edib. ABŞ ordusu bu hücumların bəzilərinə cavab verib. Ancaq İraqda baş verən son hadisələr amerikalıların bu ölkədə silahlı hücumlara sərt cavab vermək niyyətində olduğunu göstərir. Bu isə İraqda vəziyyətin nəzarətdən çıxmasına və hətta geniş miqyaslı hərbi qarşıdurmalara səbəb ola bilər. 
Yeri gəlmişkən, dünən axşam İraq silahlı qrupların uzun fasilədən sonra İsrail ərazisini PUA ilə vurublar. Nəticədə İsrail Eliat liman şəhərində bir neçə partlayış baş verib. Belə görünür ki. iraqlı qruplar Amerikanın onlara hücumuna bu şəkildə cavab verəcəklər. Lakin Pentaqonun uzun müddət səbr etdikdən sonra iraqlı silahlı qruplara zərbələr endirməsi Vaşinqtonun səbrinin tükənməsi ilə yanaşı, həm də Yəməndən sonra Yaxın Şərqdə ikinci münaqişə ocağını alovlandırcaq kimi görünür. Çünki aydın məsələdir ki, iraqlı qruplar bazalara hücumları daha da artıracaq. ABŞ ordusu isə bunlara cavab verməli olacaq və bu da yaxın zamanda Yəməndən sonra ikinci münaqişə ocağının yaranmasına səbəb olacaq.

Digər xəbərlər