Vaşinqtonun Qırmızı dəniz koalisiyası layihəsi fiaskoya uğradı

  • 26.12.2023
  • 109 baxış

Fransa, İtaliya və İspaniya ABŞ-ın Qırmızı dənizdə qurduğu “Rifah mühafizəsi” koalisiyasıdan çıxıblar. Bu barədə “Daily Express” qəzeti məlumat yayıb. 
Qeyd edək ki, “Rifah mühafizəsi” koalisiyasını ABŞ müdafiə naziri Lloyd Ostin keçən həftə Bəhreyndə elan etmişdi. Koalisiyanın əsas məqsədi Qırmızı dənizdə yük gəmilərini husilərin hücumundan qorumaq idi. Ancaq ABŞ-ın əsas NATO müttəfiqləri olan 3 ölkənin koalisiyadan çəkilməsi, həmçinin regionun əsas aparıcı ərəb dövlətləri olan Səudiyyə Ərəbistanı, BƏƏ kimi ölkələrin ümumiyyətlə. ilk gündən qoşulmaması Vaşinqtonun regional siyasətində uğursuzluq kimi qiymətləndirilir.
Məsələ ondadır ki, ərəb ekspertlərinə görə, Vaşinqtonun koalisiyanı açıq elan etməsə də, əslində İsrailə gedən gəmilərin təhlükəsizliyini qorumaq üçün yaratması ərəb dövlətlərini onu qoşulmaqdan çəkindirir. Avropa ölkələri isə hədəfləri dəqiq məlum olmayan, regionda ciddi risk hesab olunan yeni əməliyyata girmək istəmir. 
Əvvəla, bu koalisiyanın Qırmızı dənizdə sabitlik yaradacağı ciddi şübhə doğurur. Əksinə, koalisiyanın hərbi müdaxiləsi Qırmızı dənizdə gərginliyi daha artıracaq və bütün gəmiləri risk altında qoyacaq. İkincisi, Vaşinqtonun açıq elan etməsə də, husilərə qarşı hərbi-dəniz koalisiyasının hədəfi aydın deyil. Husiləri gəmilərdən uzaq tutmaq üçün təkcə dəniz patrulu kifayət etmir, çünki onlar həm də qurudan gəmiləri hədəfə alırlar. Yəməndə quru əməliyyatı və ya bombardman isə yeni müharibə deməkdir ki, bu da indi heç bir ölkənin maraqlarına cavab vermir. Üstəlik bu koalisiya ilə toqquşma baş verəcəyi təqdirdə huslər ağır tonnajlı yük gəmilərini hədəfə almaqla bütövlükdə Qırmızı dənizi gəmilərin hərəkəti üçün təhlükəli sahəyə çevirə, dəniz nəqliyyatını bloklaya bilərlər. 
Bu səbəbdən də ABŞ-ın anti-husi koalisiyası ciddi dəstək qazana bilmədi. Vaşinqton isə məqsədinə çatmaq üçün ənənəvi olaraq formal da olsa böyük ittifaqla deyil, İngiltərə, Bəhreyn, Kanada, Hollandiya, Norveç, Seyşel adaları ilə birgə davam etməli olacaq. Bu arada bir sıra koalisiya üzvləri əvvəldən bəyan edib ki. onlar Qırmızı dənizə gəmi göndərməyəcək, sadəcə zabitlər göndərə biləcək.

Digər xəbərlər