İranın yeni Yaxın Şərq siyasəti

  • 19.12.2023
  • 147 baxış

Həmas, İslami Cihad, Hizbullah kimi qruplaşmaların əsas dəstəkçisi olan İran hakimiyyəti ilk gündən Qəzza müharibəsində əlinin olmadığını bəyan etsə də, faktiki olaraq proseslərin mərkəzində yer alır. 
İran Hizbullahla yanaşı Suriya və İraqdakı Proxy qrupları, eləcə də Yəmən husiləri vasitəsilə ABŞ-ın və eləcə də İsrailin regiondakı maraqlarını getdikcə daha çox hədəfə almağa başlayıb. 
Ötən gün “Sepah” baş komandanı general Hüseyn Salami deyib ki, onlar sonuna qədər Fələstini dəstəkləyəcək və onlar (yəni amerikalılar) şələ-şülələrini yığıb regionu tərk edəcəklər.
Ötən həftə sonu Vaşinqtonun Qırmızı dənizdə üzən ticarət gəmilərini husilərin hücumlarından qorumaq üçün dəniz koalisiyası yaratması və az qala hər gün İraq və Suriyada ABŞ hərbi bazalarına hücumlar Salamının təhdidinin real olduğunu göstərir. 
Görünür ki, ilk gündən yaxasını kənara çəkərək beynəlxalq qınağı üzərinə almaq istəməyən Tehran “kartlarını açır”. “Oyun” isə çox sadədir: Tehran amerikalıları Yaxın Şərqdə “yormağa” çalışır. Hər gün davam edən qəfil raket və dron hücumları Suriyada sayları 900, İraqda isə 2,5 min civarında olan ABŞ hərbçiləri üçü gərginlik və yorucu bir xarakter alır. Vaşinqtonun bu hücumlara görə nə Suriya və İraqda geniş əməliyyatlar keçirə bilir (bunun üçün hərbi qüvvəsi kifayət etmir), nə də bunları dayandırmaq üçün alternativ vasitə yoxdur. Tehran isə 1982-cü il Beyrut hadisələrində olduğu kimi, amerikalıları qəfil hücumlarla yorub bölgəni tərk edəcəklərinə ümid edirlər.

Digər xəbərlər