İsrailin Qəzza planı

  • 11.12.2023
  • 93 baxış

İsrail ordusu Qəzza zolağının ən sıx məskunlaşma rayonu hesab olunan Cibaliyə qaçqın düşərgəsini (qəsəbəsi) mühasirəyə alıb. BMT-nin məlumatına görə, Cibaliyyədə həyata keçirilən bombardman nəticəsində 100-dən çox insan ölüb. 
İsrail bir həftədir başlatdığı quru əməliyyatının ikinci dalğası Qəzza əhalisinin cənuba köçməsini istəyir. BMT təmsilçiləri isə cənubda bu qədər insanı saxlamaq üçün heç bir imkan olmadığını vurğulayır. Məlumdur ki, Qəzza zoğalı ümumilikdə 365 kv.km əraziyə malikdir. Və bu kiçik ərazidə 2,3 milyon insan yaşayır, bu planetin ən sıx məskunlaşma ərazisidir. İsrail isə hazırda bu ərazinin yarısını nəzarətə götürərək əhalinin cənuba sıxlaşmasını istəyir, baxmayaraq ki, bombardmanlar cənubda da həyata keçirilir. 
Bu isə müşahidəçilərin qeyd etdiyi kimi, Qəzzadan əhalinin çıxarılması planına xidmət edir. Belə görünür ki, Netanyahu hökuməti hərbi təzyiqi artırmaqla dinc əhalinin Qəzanı tərk edərək Misir və İordaniyaya köçməsinə nail olmağa çalışır. Çünki birincisi, əhalinin həddən artıq sıxlığı İsrail ordusunun Qəzzada sərbəst hərəkətinə maneədir, ikincisi Qəzzanı tamam ələ keçirdikdən sonra İsrail burada öz nəzarəti altında idarəçilik formalaşdırmaq istəyir. Bunun üçünsə əhalinin azalması lazımdır. Görünür ki, bombardmanların cənubda da həyata keçirilməsi məhz əhalini köçürməyə xidmət edir. Üstəlik Qəzzada İsrail ordusunun ələ keçirdiyi əraziləri buldozerlərlə tamamilə dağıtması da burada yenidən yaşayış olması ehtimalını sıfıra endirməyə xidmət edir. 
Lakin fəlsətinlilər Qəzzanı tərk etməməkdə qərarlıdır. Çünki birincisi, 1948-ci ilə müharibəsindən sonra fələstinlilərin çıxdıqları torpaqlara bir daha qayıda bilməməsi kimi acı təcrübəsi var, ona görə istənilən şərtlərdə qalmaqda qərarlıdır, ikincisi Qəzzanın boşaldılması zolağın da daxil olduğu Fələstin dövlətinin yaranması ehtimalını aradan qaldırır. Bu səbəbdən də fələstinlilər çıxmaq istəmir. Eyni zamanda Misir və İordaniya da növbəti qaçqın yükü və Qəzzanın itirilməsi planı ilə razı deyil, baxmayaraq ki, indi onların İsrailə qarşı müqavimət göstərmək imkanları azadır. Vaşinqton isə son bir həftədir Qəzzanın dinc sakinləri ilə bağlı İsrail hökumətinə bir neçə dəfə xəbərdarlıq etsə də, belə görünür ki, bu xəbərdarlıqlara məhəl qoyan yoxdur.

Digər xəbərlər