Türkiyədə separatçı terror təşkilatı PKK-ya ağır zərbə

  • 11.12.2023
  • 74 baxış

Türkiyənin 12 vilayətində terrorçulara qarşı keçirilən əməliyyatlarda çox sayda silah, sursat və partlayıcı ələ keçirilib. Bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb. Nazir bildirib ki, Terrorçuların sığınacaqları bir-bir məhv edilir və bu proses davam edəəck.

O da bildirilir ki, Separatçı Terror Təşkilatına (BTÖ) üzv olan terrorçuların qış aylarında fəaliyyət göstərmək məqsədilə 12 vilayətdə mağara və sığınacaqlarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələrin məhv edilməsi istiqamətində həyata keçirilən “KAHRAMANLAR-33” əməliyyatlarında 78 sığınacaq ərazisi dağıdılıb, çoxlu sayda haubitsa və artilleriya sursatları, tank əleyhinə silahlar ələ keçirilib.

Əməliyyatlar Şırnak, Siirt, Diyarbakır, Mardin, Tunceli, Hakkari, Bingöl, Bitlis, Van, Ağrı, Ərzurum və Gümüşhanedə Jandarma Baş Komandanlığının koordinasiyasında Jandarma Xüsusi Hərəkat (JÖH), komando, təhlükəsizlik mühafizəçiləri və ATAK helikopterlərinin iştirakı ilə təşkil edilib. 

Digər xəbərlər