Ərəb liderləri üçün Qəzza imtahanı

  • 08.12.2023
  • 70 baxış

Qətərin paytaxtı Dohada keçirilən Körfəz Əməkdaşlıq Şurasının 44-cü zirvə toplantısında ərəb liderləri növbəti dəfə İsrailə xəbərdarlıq ediblər. 
İsrailin dinc Fələstin xalqına qarşı təcavüz siyasətindən narahatlıq bildirilən açıqlamada. İsrail ordusunun amansız bombardmanlar və dinc əhalinin zorla köçürülməsi siyasətini qınayıb. Eyni zamanda liderlər Qəzzada bombardmanların dayanmadığı təqdirdə toqquşmaların bütün regiona yayılması riskinin yüksək olduğu barədə xəbərdarlıq ediblər. 
Sammitdə qonaq qismində qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qəzza hadisələrinin Suriyanın da cəlb olunduğu regional müharibəyə çevrilməsinə imkan vermək olmaz.
Bu toplantının daha bir maraqlı elementi ondan ibarətdir ki, Doha sammiti Rusiya prezidenti Vladimir Putinin BƏƏ və Səudiyyə Ərəbistanına səfərdən az öncəyə təsadüf edir. Rusiya prezidenti ərəb liderləri ilə neft hasilatının azaldılması və İsrail-Fələstin münaqişəsini müzakirə edəcək. 
Ancaq təxminən bir ay əvvəl Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının sammitində olduğu kimi, bu dəfə də ərəb və müsəlman liderlər Fələstin mövzusunda tutarlı bir qərar qəbul edə bilməyiblər. Məhz ərəb liderlərin bu çəkingən mövqeyi səbəbindən Qəzzada atəşkəsə nail olmaq mümkün olmur. Şeyxlər isə yalnız qınamaqla kifayətlənirlər. 
Lakin Doha sammitində diqqət çəkən açıqlama Türkiyə prezidentinə məxsus olub. Ərdoğan Qəzza müharibəsinin Suriyanın da daxil olduğu regional münaqişəyə çevrilməsi riskindən bəhs edib. Dünən isə Suriyanın İsrail tərəfindən 1967-ci ildə işğal olunmuş Colan təpələri ərazisində İrana bağlı milis qruplarının fəallaşması barədə xəbərlər yayılıb. Qeyd edək ki. 2018-ci ildə Amanda Lavrovun iştirakı ilə Suriyanın cənubundakı İrana bağlı qüvvələrin geri çəkilməsi və əraziyə Rusiya qüvvələrinin yerləşdirilməsi ilə bağlı razılaşma əldə olunub. 
Belə görünür ki, bu razılaşma pozulur və İran qüvvələri yenidən Colana yaxınlaşır. Ərdoğanın xəbərdarlığı müharibənin yeni istiqamətdə alovlana biləcəyinə işarədir. Bu isə ilk növbədə ərəb liderləri üçün sərfəli deyil. çünki müharibənin genişlənməsi ərəb dövlətlərini çətin seçim qarşısında qoya bilər.

Digər xəbərlər