“Bələdiyyə seçkilərinə türkman partiyaları birgə hazırlaşır”

  • 01.12.2023
  • 164 baxış

Türkmən siyasətçi Qərib Əskər Türkmən İraq parlamentində təmsil olunan 7 türkmən deputatdan biridir. Eyni zamanda o, bir qədər əvvəl İraq parlamentinin məruzəçisi seçilib. Türkman millət vəkili  ötən ayın sonunda Bakıda keçirilən Türkmən konfransında iştirak edib. Türkmən siyasətçi ilə Azərbaycan səfəri və İraqda yaxınlaşan bələdiyyə seçkiləri, Qəzza hadisələri və digər aktual mövzularda danışdıq.

- Ötən ayın sonu Azərbaycanda idiniz. Bakıda İraq türkmanlarına həsr olunmuş beynəlxalq konfrans keçirildi. Bu tədbir haqqında düşüncələrinizi bilmək istərdim. Azərbaycan və İraq türkmanları arasında əlaqələrin gələcəyini necə görürsünüz? Əlaqələri daha da inkişaf etdirmək mümkün olacaqmı?

- Türkman parlamentarilər, siyasi və mədəniyyət xadimlərinin müşayiəti ilə Azərbaycana səfərimiz çox səmərəli oldu. Xarici İşlər Nazirliyində Azərbaycan rəsmiləri ilə görüşlərimiz oldu və Azərbaycanın Xarici İşlər Naziri də görüşdük. Səfər çərçivəsində Milli Məclisdə Azərbaycan Milli Məclisinin sədr müavini ilə görüşdük. Həmçinin Bakı Universitetinə uğurlu səfərimiz oldu, bu səfər zamanı Bakı və Kərkük universitetləri arasında əməkdaşlığın gücləndirilməsini müzakirə etdik. Biz forumda da iştirak etdik. İraq prezidentinin səfərini də yaxın gələcəkdə İraq və Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan böyük addım kimi görürük.

- Dekabrda İraqda bələdiyyə seçkiləri olacaq. Türkman siyasi qüvvələrinin bu seçkilərə hazırlığı necədir? Seçkilərdən nələr gözləyirsiniz? Xüsusən də Kərkük, Telafər, Tuzhurmatı və digər türkman bölgələrində namizədləriniz varmı?

- Hal-hazırda planlaşdırılan yerli seçkilərə hazırlıqlar davam edir. Biz Türkmən siyasətçiləri olaraq Kərkük və digər Türkman bölgələrində mümkün olan ən çox üzv sayına çatmaq üçün seçkilərin müvəffəqiyyətlə keçməsini təmin etmək üçün bütün Türkman partiyaları ilə birlikdə çalışırıq. Türkman xalqının Kərkük başda olmaqla vilayət şuraları üçün bu məqsədinə nail ola biləcəyinə və İraqın siyasi həyatında iştirak edə biləcəyimizə inanırıq.

- Qəzza müharibəsinə ən çox həssaslıq göstərən ölkələrdən biri də İraq oldu. İraqdakı ABŞ bazalarına hücumlar baş verdi, gərginlik yüksəldi. Bundan sonra vəziyyətin daha da gərginləşməsi ehtimalı var? 

- Qəzza Müharibəsində baş verən uğursuz hadisələrdən sonra, xüsusilə İsrail işğalçı qüvvələrinin Qəzzada mülki əraziləri bombalaması nəticəsində mülki vətəndaşların itkilərinin artması, İraq hökumətinin və xalqının İsrailə qarşı etirazlarına səbəb oldu. Yaşayış məntəqələrinin və bazarların, xəstəxanaların və ibadət yerlərinin bombalanmasını biz İraq xalqı və hökuməti olaraq rədd edirik. İsrailin müdafiəsiz mülki əhaliyə hücum etməsi, həmçinin Qəzzadakı müharibəyə cavab olaraq silahlı qruplar tərəfindən İraqdakı Amerika qüvvələrinin mövqelərinə bəzi hücumlar olub və bu hücumlar regional və beynəlxalq sənədlər vasitəsilə Qəzzada İsrail və Həmas liderləri arasında atəşkəs elan edildikdən sonra dayandırılıb. Ümid edirik ki, bu atəşkəs davam edəcək və regionumuzda davamlı sülh bərqərar olacaq.

Son zamanlarda İraqın türkmənlərin kompakt yaşadığı Təlafər şəhəri və ətraf ərzidə eyni adlı yeni əyalətin yaradılması mövzusu gündəmə gəlib. Bu istiqamətdə işlər nə yerdədir? Təlafərin əyalət statusu alması ehtimalı nə qədərdir?

- Bəli, bu ilin aprel ayının əvvəlində mən İraq Nümayəndələr Palatasının Rəyasət Heyətinə Türkman Təlafər şəhərinin qubernatorluğa çevrilməsi ilə bağlı bir bənd əlavə edilməsini xahiş etdim və hələ də məsələni təqib edirəm. Bu xəyalı gerçəkləşdirmək və türkmən xalqının valiliyinə sahib olmaq üçün İraq siyasi liderləri ilə birlikdə Bağdaddayıq.

Kənan Rövşənoğlu

Digər xəbərlər