Qəzzada atəşkəs qüvvəyə mindi

  • 24.11.2023
  • 144 baxış

İsrail bu gün, noyabrın 24-də HƏMAS hərəkatının 13 israilli girovu azad etməsinə cavab olaraq 39 fələstinli məhbusu həbsdən azad edəcək.

CNN-in İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, fələstinli məhbuslar arasında 18 yaşdan kiçik qadınlar və gənclər də olacaq.

Qəzza zolağında müvəqqəti atəşkəs haqqında razılaşma saat 07:00-da qüvvəyə minəcək. CNN-in məlumatına görə, fələstinli məhbuslar Hayfanın cənub-şərqində yerləşən Deymon və Megiddo həbsxanalarından İordan çayının qərb sahilindəki Ramallah yaxınlığındakı Ofer həbsxanasına köçürüləcəklər. Bundan sonra onlar Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə təhvil veriləcək. Kanalın mənbəsi qeyd edib ki, fələstinli məhbusların azad edilməsi yalnız İsrailin Qəzza zolağından 13 girovu qəbul etməsindən sonra başlayacaq.

Digər xəbərlər