Türkmən kəndində Azərbaycan abidəsi

  • 14.11.2023
  • 100 baxış

Xəbər verildiyi kimi, 2022-ci ildə Livanın Akkar vilayətinin Kavaşa türkmən qəsəbəsində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə abidə ucaldılıb.

Bu abidə artıq yerli gənclərin ziyarətgahına çevrilir.

Yerli media yazır ki, Kavaşra qəsəbəsində gənclər evləndiyi zaman həmin bölgədə Azərbaycan şəhidləri üçün ucaldılmış abidəni ziyarət edirlər. Bu, artıq ənənə halına gətirilib. Gənclər Azərbaycan şəhidlərini öz şəhidləri kimi qəbul edir və abidənin önündə təzim edirlər.

Qeyd edək ki, 2022-ci ilin 8 noyabr tarixində Zəfər bayramı münasibəti ilə Azərbaycan Respublikasının Livandakı səfirliyinin sabiq müvvəqqəti işlər vəkili Şahin Pənahov tərəfindən xatirə abidəsinin açılışı olub. ancaq Livan erməniləri bu abidəyə qarşı hücumlar edib. Daşnak Partiyasının baş katibi, deputat Haqop Pakradunyan Livan parlamentinin deputatları Məhəmməd Süleyman və Cimmi Caburun iştirak etdiyi abidənin açılışında iştirakına etiraz edib. Ancaq buna baxmayaraq hazırda abidə türkmənlərin ziyarətgah yerinə çevrilib və gənclər buranı tez-tez ziyarət edir. 

Digər xəbərlər