Livanda quru əməliyyatları

  • 04.10.2024
  • 40 baxış

Yaxın Şərqdə şiddətli müharibə davam edir. İsrail ordusu Suriyanın paytaxtı Dəməşq, eləcə də şimalda Lazqiyyə vilayəti, o cümlədən, Livanın paytaxtı Beyrutu bombalayıb. Dəməşqdə 6, Beyrutda isə son sutkada 46 nəfər bombardman nəticəsində ölüb. 

Hizbullah isə Hayfa və ətrafını raket atəşinə tutub. Husilər isə Təl-Əviv ətrafında Yafa şəhərini raketlə vurduqlarını bəyan eidblər.

Dünən ilk dəfə İsrail və Hizbullah arşında toqquşma baş verib. Sərhəddə yerləşən Adaisa əl-Mahafer kəndidə İsrail ordusunun taqımı Hizbullah qüvvələrinin qurduğu pusquya düşüb. Döyüş “sıfır məsafədə” baş verib və Hizbullah qüvvələrinin top və minaatanlar vasitəsilə yaxınlıqda Kfar Kila və Misqav Am məntəqələrindəki İsrail qüvvələrinin köməyə gəlməsinin qarşısını kəsiblər. Yalnız İsrail aviasiyası döyüş meydanına müdaxilə edərək əsgərləri tələdən çıxarmaq üçün tüstü bombaları atıb. Yalnız bundan sonra İsrail qüvvələri geri çəkilə bilib. 

Qeyd edək ki, ilk toqquşmanın itkiləri barədə məlumat qarışıqdır. Hizbullaha yaxın əl-Məyadin kanalına danışan bir mənbə 80 israillinin  öldüyü və 5 Merkava tankının vurulduğunu deyib. 

Ancaq İsrail ordusu itkilərin 2-sü zabit olmaqla 8 nəfər olduğunu açıqlayıb. İsrailin “Ziv” xəstəxanası 39 İsrail əsgərini qəbul etdiyini, onlardan 3-nün vəziyyətinin ağır olduğunu açıqlayıb. Hizbullah isə itkilərini açıqlamayıb.

İsrail mediası Livan əməliyyatını “fəlakət” adlandırıb. Baş nazir Netanyahu isə X hesabında “bizi yox etməyə çalışan İrana qarşı çətin bir müharibənin içindəyik” yazıb. 

Belə görünür ki, ağır bombardmanlardan sonra İsrail ordusu Livanda ciddi müqavimət olmayacağını hesablayıb. Bu da ilk gündə ciddi uğursuzluğa səbəb olub. Lakin daha əvvəl də İsrail hərbi ekspertləri Livana quru əməliyyatının bir sıra ciddi risklər daşıdığını qeyd edirdilər. 

1. Coğrafi şərait. Livan dağlıq və meşəlik ərazidir, nizami ordunun irəliləməsi çətindir. 

2. Ərazi üstünlüyü. Hizbullah artıq 20 ildən çoxdur ki, səngərlər, tunellər qazaraq müqavimət infrastrukturu yaradıb. 

3. Silah və təminat. İsrail bombardmanları Hizbullahın arsenalının yalnız 20 faizini məhv edib. Üstəlik Qəzzadan fərqli olaraq Livanda arxa cəbhə güclüdür və Hizbullah Həmasla müqayisədə daha yaxşı silahlanıb.

4. Nəhayət, dünya təcrübəsində nizami ordunun partizan qrupları qarşısında zəif olduğunu təsdiqləyir. Daha çevik və mütəhərrik partizan qrupları hər zaman nizami ordulara ağır itkilər verdirib. Livanda isə aydındır ki, geniş meydan müharibəsi olmayacaq. 

Sadalanan və digər faktorlar Livana quru qüvvələrin müdaxiləsinin İsrail üçün ciddi risklər daşıdığını sübut edir. Bu səbəbdən də irəliləyən dövrdə qanlı toqquşmalar və qəfil hücumların olması ehtimalı yüksəkdir.

Digər xəbərlər