Həmas və İsrail atəşkəsə nə qədər yaxındır

  • 05.06.2024
  • 59 baxış

ABŞ-ın BMT təmsilçiliyi prezident Baydeninin irəli sürdüyü Qəzzada atəşkəs təklifi ilə bağlı Təhlükəsizlik Şurasına qərar layihəsi təqdim edəcək. 

Xatırladaq ki, mayın 31-də ABŞ prezidenti Cozef Bayden Qəzzada atəşkəsi nəzərdə tutan 3 mərhələli plan irəli sürüb. Ağ Evdə təqdim olunan plana əsasən 1-ci mərhələdə 6 həftəlik atəşkəs elan olunur və İsrail ordusu Qəzzadakı yaşayış məntəqələrini tərk edir. Bu mərhələdə eyni zamanda əsirlərin bir qismi hər iki tərəfdən azad ediləcək və bölgəyə humanitar yardım artacaq.

2-ci mərhələdə kişi əsirlər də daxil olmaqla bütün canlı əsir və girovlar azad ediləcək, İsrail qüvvələri tamamən Qəzzanı tərk edəcək və müvəqqəti atəşkəs hərbi əməliyyatların dayandırılmasına çevriləcək. 

3-cü sonuncu mərhələdə cəsədlərin qaytarılması və Qəzzada inşaat və bərpa işlərinin başlaması nəzərdə tutulur. 

Artıq bir çox ölkələr atəşkəs təklifini dəstəkləyib. Həmasın da bu təklifə prinsip olaraq etiraz etmədiyi məlumdur. Lakin İsraildə Baydenin təklifinə münasibət birmənalı deyil. Doğrudur, baş nazir Netanyahunun atəşkəsə razılıq verdiyi deyilsə də, belə görünür ki, kabinetdəki radikallarla razılaşa bilmir. Müharibə kabinetinin üzvü Qallant isə bildirib ki, atəşkəsə razıdır, ancaq hərbi əməliyyatlar Həmas yox edilənə qədər davam etməlidir. Maraqlıdır ki, Netanyahu həm də kabinetdəki radikal sağçı qrupla görüşüb onlarla atəşkəsi müzakirə edib. Hələliksə Netanyahu atəşkəs təklifində “bəzi boşluqların” olduğunu deməklə kifayətlənir. 

Hazırkı situasiyada nə Həmasın, nə də Netanyahunun atəşkəs təklifindən imtina etmək imkanları yoxdur. Çünki həm beynəlxalq aləmdə artan təzyiqlər, həm də ölkə daxilində narazılıq, xüsusən də girovların yaxınlarının tələbləri Netanyahunu sıxır. Üstəlik atəşkəs təklifini rədd etməsi ABŞ-İsrail münasibətlərinə mənfi təsir edə bilər. Lakin əlbəttə, indiki şərtlərlə atəşkəs İsrailin sağçı hökuməti üçün uğursuzluq deməkdir. 

Həmas isə müəyyən istisnalar xaricə atəşkəsə razıdır, üstəlik Qətər və Misir kimi dövlətlərin Həmasa ciddi təzyiqləri var. Bu mənada Həmasın Baydenin təklifini rədd etməsi real görünür. Bu səbəbdən də İsrail, xüsusən də Netanyahu hökuməti üçün Baydenin sülh planı mürəkkəb vəziyyət yaradıb. İmtina etimək və ya qəbul eləmək hər iki halda Netanyahu üçün zərərlidir.

Digər xəbərlər