ABŞ-da tələbələrin Qəzzaya dəstək aksiyaları genişlənir

  • 30.04.2024
  • 62 baxış

ABŞ-da Qəzzaya dəstək məqsədilə universitet etirazları sürətlə yayılır. Gözlənildiyi kimi, Kolombiya Univeristetində tələbələrin Qəzzaya dəstək aksiyasına polisin müdaxiləsi əks effekt verdi və hazırda etirazlar ölkənin müxtəlif hissələrində onlarla nüfuzlu universitetdə aksiyalar keçirilir. Hazırda Nyu-York, Stenford, YALE, MİT, Harvard, Tufts, Şimali Karolina Universiteti, Emerson Kolleci, Minnesota, Kaliforniya, Miçiqan və digər universitetlərdə etiraz aksiyaları keçirilir, tələbələr Qəzzadakı dinc insanlarla həmrəylik nümayiş etdirməyə və ABŞ-ın İsrailə dəsətyi dayandırmağa çağırırlar. 

Qeyd edək ki, Kolombiya Universitetinin kampında başlayan etirazlara rektorun təşəbbüsü ilə polis müdaxilə edib və nəticədə 108 tələbə həbs olunub, 80-dək tələbə isə universitetdən qovulub. Ardınca 26 senator ədliyyə naziirnə müraciət edərək universitetlərdə “antisemit” aksiyalara sərt müdaxilə edilməsi çağırışı edib. 

Ancaq İsrail baş naziri də daxil olmaqla bir çox şəxslərin hadisələri antisemitizm kimi təqdim etməyə çalışması vəziyyəti dəyişməyib. Lakin o da bəllidir ki, hökumətin Milli Qvardiyanı universitet kamplarına göndərməsi qarşıdurmanı və zorakılıqları artıracaq. 

Aydın məsələdir ki, tələbə etirazlarını polis gücü ilə yatırmaq çox çətin olacaq, əksinə, proses daha da yayılacaq. Nəzərə almaq laızmdır ki, universitetlər böyük ictimai təsirə malikdir və tələbə etirazları hökumətlər üçün hər zaman ciddi problem olub. 

Üstəlik ABŞ-da İkinci Dünya Mühairbəsi zamanı Xolokostdan sağ çıxmış yəhudi Marione Ingram kimi şəxslərin tələbələrə dəstək verməsi antisemitizm iddialarını çürüdür. 

Tələbə etirazlarının yüksəlməsi hazırkı demokrat hökuməti, Bayden komandasını çətin vəziyyətdə qoyur. Qarşıdan seçkilər gəlir və belə bir mürəkkbə vəziyyətdə ölkə daxilində İsrailə qarşı etirazları yayılması hökumət üçün əlavə problem yaradır. Üstəlik görünür ki, bunu bilən respublikaçılar tələbələrə qarşı zorakılıq çağırışları edir. 

Universitet etirazları isə artıq Amerika sərhədlərini aşaraq bütün dünyaya yayılmaqdadır. Bu vəziyyət təkcə ABŞ administrasiyası üçün deyil, həm də İsrail üçün ciddi problemə çevrilir. Yəhudi dövləti qlobal səviyyədə sosial dəstəyini itirir.

Digər xəbərlər