İsrailin İrana zərbələrinin arxasındakı gerçək

  • 19.04.2024
  • 73 baxış

İran İsrailə zərbə endirdi. Mediada gedən xəbərlərə görə, aprelin 19-u səhər yerli vaxtla saat 6 radələrində İranın İsfahan və Təbriz şəhərlərində partlayış səsləri gəlib. Ardınca yerli media Hərbi Hava Qüvvələrinin 3 mini PUA vurduğunu elan edib. 

İran rəsmi kanalları PUA-ların İran ərazisindən qalxdığını, kənardan ölkəyə daxil olmadığını bəyan edib. Həmçinin hökumət mənbələri hələlik cavab addımı atılmadığını deyir.  

ABŞ və İsraildən hadisə ilə bağlı rəsmi açıqlama olmasa da, Vaşinqtondakı mənbələr “CBS News” kanalına bildirib ki, İsrail İran ərazisini bir raketlə vurub. 

Ancaq İsrail siyasətçiləri hücumla bağlı açıqlama veriblər və bu açıqlamalarda hücumun İsraildən edildiyinə işarə var. 

Məsələn, radikal sağçı milli təhlükəsizlik naziri Ben-Gvir X sosial şəbəkəsində İrana endirilən zərbənin zəif olduğunu qeyd edib. 

Hakim Likud partiyasından deputat Talli Qotliv isə sosial mediada yaydığı açıqlamada İrana zərbə ilə bağlı İsrail xalqını təbrik edib və bu zərbənin İsrailin güclü dövlət olduğunu təsdiqlədiyini yazıb.

İsfahanda böyük nüvə stansiyası və bir neçə böyük hərbi baza yerləşir. Bu şəhər daha əvvəl də İran daxilində naməlum qüvvələr tərəfindən hücuma məruz qalıb. Görünür ki, İsrail qüvvələri eyni şəkildə İranın etdiyi kimi, hərbi obyektlərə “məhdud” zərbələr endiriblər. Həmçinin Suriya ərazisindəki İran mövqelərinə raket atılması xəbəri yayılıb. 

Lakin güman ki. İsrail İrana daha böyük və təsirli zərbə endirmək istəməyib. Çünki bu zərbələr İranın cavab addımına səbəb ola bilər və bu da qarşıdurmanın miqyasını böyüdə bilər. Nəzərə almaq lazımdır ki, ABŞ-ın reaksiyası da göstərdi ki, Vaşinqton indi İsraillə İrana qarşı hərbi kampaniya keçirməyə həvəsli deyil. Digər tərəfdən, İranın İsrailə raket və PUA hücumu onu göstərdi ki, Tehranın İsrailə “əli çatır” və geniş miqyaslı toqquşmada İsrail ciddi zərər görə bilər. 

Nəhayət, İsrail Rəfaha hücuma hazırlaşır, indiki şəraitdə İranla toqquşma onun üçün hərbi baxımdan əlverişsizdir. 

Bütün bunları nəzərə aldıqda belə görünür ki, İsrail hakimiyyəti daxili auditoriyanı sakitləşdirmək, Talli Qotlivin qeyd etdiyi kimi, İsrailin “güclü olduğunu” xatırlatmaq üçün endirilib. Daha uzaqgedən məqsədlər olmayıb.

Digər xəbərlər