Ərdoğan və Netanyahu arasında növbəti söz dueli

  • 13.03.2024
  • 69 baxış

Türkiyə və İsrail dövlət rəsmiləri arasında növbəti dəfə sözlü gərginlik  baş verib. “Növbəti” ona görə ki, son 10 ildə bir neçə dəfə bu şəkildə Ərdoğan və Netanyahu arasında “söz dueli” olub. 

Prezident Ərdoğan iki gün əvvəl çıxışı zamanı bildirib ki. Türkiyə Həması dəstəkləməyə davam edəcək. eyni zamanda Türkiyə prezidenti İsraili “terror dövləti” adlandıraraq fələstinlilərə qarşı soyqırım siyasəti yürütdüyünü deyib və baş nazir Netanyahunu tarixə qanlı cinayətlərlə düşmüş siyasi liderlərlə müqayisə edərək nasist adlandırıb. 

İsrail baş naziri Netanyahu isə daha əvvəl etdiyi kimi Ərdoğanı Həması dəstəkləməkdə, eləcə də “erməni soyqırımını inkar etməkdə”, kürdləri qətlə yetirib müxaliflərinə qarşı təzyiq etməkdə ittiham edib. İsrailin xarici işlər naziri İsrael Katz isə Ərdoğanı tarixdəki ən böyük antisemitlərdən biri adlandırıb.

Qeyd etdiyim kimi, bu ilk hadisə deyil. Ötən illərdə, ən son olaraq 2023-cü ilin dekabrında Ərdoğan və Netanyahu arasında bənzər “söz dueli” olub. Amma məsələ ondadır ki, indi Netanyahunu nasistlərə bənzədən təkcə Türkiyə prezidenti deyil. Ötən ay Braziliyanın prezidenti də İsrail hakimiyyətini Alman nasistləri ilə müqayisə etmişdi. Doğrudur, buna görə Lula da Silva ciddi tənqidlərə məruz qalmışdı, amma ABŞ prezidentinin də dediyi kimi artıq İsrail müdafiə etmək getdikcə daha da çətinləşir. Hətta qüdrətli yəhudi lobbisi belə 30 min insanın ölümünə səbəb olan Qəzza qətliamının məsuliyyəti İsrail hakimiyyətinin üzərindədir. Ərdoğanı və ya Silvanı susdurmaq olar, amma baş verənlərin məsuliyyətindən İsrail hakimiyyətinin qaçması mümkün deyil.

Digər xəbərlər