İsrail Livanda “ikinci cəbhə” açmağa hazırlaşır

  • 28.02.2024
  • 56 baxış

İsrail və Hizbullah arasında toqquşmalar son günlərdə şiddətlənib. Dünən Hizbullah İsrail ordusuna məxsus “Elbeit Hermes-450” tipli Pilotsuz Uçuş Aparatını vurduqdan sonra gərginlik daha da yüksəlib. 

Hizbullahın İsrailin şimalında yerləşən əl-Bağdadi rayonundakı hərbi məntəqələri raketlərlə vurmasına cavab olaraq İsrail aviasiyası ilk dəfə Livanın Bəəlbək rayonunda yerləşən Hizbullah mövqelərini bombalayıb. Bundan başqa İsrail ordusu bəyan edib ki, Hizbullah tərəfində atılan raketlər “Dəmir Qübbə” Hava Hücumundan Müdafiə sistemi tərəfindən məhv edilib. 

Lakin İsrailə məxsus “Hermes-450” dronunun vurulması onu göstərir ki, Hizbullahın əlində inkişaf etmiş silah texnologiyaları var. Çüki İsrail HHM sistemləri “Hermes-450”-yə atılan ilk raketi vura bilsə də. İkinci raket dronu vurub. 

Ümumilikdə son aylarda ABŞ və Fransanın Livanda atəşi dayandırmaq cəhdləri belə görünür nəticəsiz olub. Çünki son həftələrdə gərginlik sürətlə yüksəlir. İsrail ordu komandanları Livana qarşı hərbi müdaxiləsinin qaçılmaz olduğunu bildirirlər. 

Lakin ABŞ müharibənin Livana sıçramasında maraqlı deyil, bu səbəbdən də müharibənin alovlanmaması üçün çalışır. Çünki İsrailin Livana hücumu beynəlxalq aləmdə Təl-Əvivə qarşı qəzəbi daha da artıracaq və bu Vaşinqtonu çətin vəziyyətə salacaq. Üstəlik Livan ərazi baxımından daha böyükdür, üstəlik Hizbullah daha böyük hərbi potensiala və müasir silahlara malikdir. Yəni Livana hücum edən İsrail ordusunun qələbə qazanma ehtimalı çox azdır. Lakin sərhəddə davam edən gərginlik və az qala hər gün qarşılıqlı atəşlər İsrail ordusu üçün çətin vəziyyət yaradıb. Üstəlik təxminən 100 min nəfər yaxın israilli Livanla sərhəd məntəqələri tərk edib. Onların yaşadığı evlərin yarıdan çoxu Hizbullah raketləri ilə dağıdılıb. 

Müharibə başlayandan bu yana Livan-İsrail sərhədində baş verən toqquşmalarda Hizbullah 215, 35 nəfər isə digər silahlı qruplar itki verib. İsrail isə 11 hərbçi itirib rəsmi məlumatlara görə. Gərginlik isə hər keçən gün yüksəlir. 

Hizbullahın gözlənildiyinin əksinə olaraq İsrailə hücum etməməsi, ancaq raket və dron zərbələri endirməsi, İsraili çətin vəziyyətdə qoyur. Proseslərin bu şəkildə davam etməsi onu göstərir ki, atəşkəs baş verməsə İsrail yaxın günlərdə Livan sərhədini keçərək ölkə ərazisinə hərbi qüvvə yeridəcək. Başqa sözlə, “ikinci cəbhə” açılması ehtimalı xeyli dərəcədə yüksəkdir.

Digər xəbərlər